10 may 2026 10:11
115

Yeni koronavirus aşkarlandı

Tailandda yarasalarda aşkarlanan yeni koronavirusun insanlara yoluxma qabiliyyətinin "COVID-19"la müqayisədə daha zəif olduğu və indiyədək belə yoluxma hallarının qeydə alınmadığı bildirilib.

“İki sahil” xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət Departamentinin (DDC) baş direktoru doktor Montien Kanasavat açıqlayıb.

Tədqiqatçılar Çaçenqsao əyalətində yerləşən mağarada nalburun yarasalarda SARS-CoV-2 virusu ilə sıx əlaqəli yeni virus aşkarlayıblar. Kəşf insan, heyvan və ətraf mühit arasındakı qarşılıqlı əlaqəni izləyən "One Health" müşahidə sistemi çərçivəsində aparılan araşdırma nəticəsində edilib.

"Əldə etdiyimiz məlumatlar göstərir ki, insanlar arasında yoluxma halları qeydə alınmayıb və virusun xəstəlik törətmək, həmçinin yayılmaq qabiliyyəti "COVID-19"la müqayisədə xeyli zəifdir", - deyə Kanasavat bildirib.

O əlavə edib ki, mövcud "COVID-19" vaksinləri ağır xəstəlik hallarının qarşısını almaqda hələ də effektivdir və bu amil genişmiqyaslı yayılma riskini daha da azaldır.