Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə Dəllər Cəyir kəndində qeydə alınıb.
Qəsəbə sakini, 1956-cı il təvəllüdlü Fərrux Şirinovu "VAZ 2106" markalı avtomobil vurub.
Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma başlanılıb.