11 may 2026 19:45
69

Uranın zənginləşdirilməsi ABŞ ilə müzakirə predmeti deyil - İran

İranın Milli Təhlükəsizlik Komissiyasının iclası keçirilib və bildirilib ki, uranın zənginləşdirilməsi məsələsi ABŞ ilə müzakirə predmeti deyil.

“İki sahil” xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Komissiya bunu ölkənin Atom Enerjisi Təşkilatının sədrinə istinadən açıqlayıb. "Nüvə texnologiyaları mövzusu danışıqların gündəliyinə daxil deyil", - məlumatda bildirilib.

Qeyd olunub ki, uranın zənginləşdirməsi müzakirə predmeti deyil və İranın nüvə sənayesinin fəaliyyəti dinc xarakterlidir: "Nüvə obyektlərinin qorunması üçün zəruri tədbirlər görülüb".