Tramp administrasiyası Ukraynaya yardımı 99% azaldıb və eyni zamanda Rusiya ilə daha əlverişli münasibətlər qurmağa çalışıb.
“İki sahil” xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Kiyev və Vaşinqton arasındakı münasibətlər tədricən pisləşir və Ukrayna üçün geriləmələr müşahidə olunur.
Eyni zamanda, ABŞ administrasiyası Kiyevə dəstəyin kəskin şəkildə azalması fonunda Moskvanın rəğbətini qazanmağa çalışırdı.