11 may 2026 20:42
100

Tramp: İrandakı atəşkəs süni nəfəs aparatına bağlıdır

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin süni nəfəs aparatına bağlı olduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə o jurnalistlərə açıqlamasında deyib.

"Bu, inanılmaz dərəcədə zəifdir. Bizə göndərdikləri məktubu oxuduqdan sonra onu hazırda ən zəif adlandırardım. Hətta oxuyub qurtarmadım. Dedim ki, vaxtımı oxumağa sərf etməyəcəyəm. Deyərdim ki, İrandakı atəşkəs süni nəfəs aparatına bağlıdır”,- deyə Tramp bildirib.