11 may 2026 22:29
123

Allahşükür Paşazadə İstanbulda Türk Dövlətləri təşkilatının Baş katibi Kubanıçek Ömaraliyevlə görüşüb - FOTO

Mayın 11-də Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin dəvəti ilə İstanbulda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının İstanbulda yerləşən mənzil-qərargahında bu təşkilatın baş katibi Kubanıçek Ömüralıyevlə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə qarşılıqlı fəaliyyət, əməkdaşlığın gücləndirilməsi, Türk dövlətlərinə üzv olan ölkələrin dini rəhbərləri arasında birliyin vacibliyini vurğulayıb: ‘’Türk Dövlətləri Dini xadimləri şurasının yaradılması ideyası Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə məxsusdur. Ümumiyyətlə din xadimləri dövlət başçılarının yürütdükləri siyasətin yanında olmalı, onu xalqa çatdırmalıdırlar’’.

Bütün Qafqazın Şeyxi həmçinin bu gün Ermənistanda hələ də bəzi qüvvələrin səsləndirdikləri nifrət çağırışlarının yolverilməz olduğunu Türk Dövlətləri Təşkilatı Baş Katibinin diqqətinə çatdırıb. Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçek Ömüraliyev də görüş münasibətilə Bütün Qafqazın Şeyxinə dərin minnətdarlğını bildirib, yaxın günlərdə Türküstanda Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi görüşünün keçiriləcəyini diqqətə çatdırdı. Görüşdən sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə Türk Dövlətləri Təşkilatının mənzil qərargahında mövcud olan muzey və kitabxana barədə məlumat verilib.

Qeyd edək ki, 12-13 may tarixlərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə 29-cu Avrasiya İqtisadi Zirvəsi keçiriləcək. Forumda 48 ölkənin iştirakı nəzərdə tutulub.