Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömuralıyev İstanbulda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Kubanıçbek Ömüralıyev "X" hesabında paylaşıb.
Görüş zamanı tərəflər türk dünyasında dinlərarası dialoqun, həmrəyliyin və mənəvi əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi apararaq, ailə dəyərlərinin qorunmasının və ortaq mədəni-mənəvi irsin gənc nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar.
Müzakirə zamanı həmçinin, 14–15 sentyabr tarixlərində Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının 7-ci iclasına hazırlıqlar da müzakirə olunub.
Pleased to host H.E. Sheikh ul-Islam Allahshukur Pashazade, Chairman of the Caucasus Muslims’ Board of Azerbaijan, at the Secretariat of the @Turkic_States in Istanbul today.
— Amb. Kuban OMURALIEV (@KubanOmurali) May 11, 2026
We had a meaningful exchange on strengthening interfaith dialogue, solidarity, and spiritual cooperation… pic.twitter.com/0fy04BE3fb