Bakı Dövlət Universitetinin (BDU) Təsərrüfatın idarəolunması departamentinin Xidmətlərin təşkili şöbəsinin Kommunal və kommunikasiya xidmətləri sektorunun ocaqçısı İntizam Qarayev vəfat edib.
“İki sahil” xəbər verir ki, İntizam Qarayev 1968-ci ildə anadan olub. 2011-ci ildən BDU-da Kommunal və kommunikasiya xidmətləri sektorunda ocaqçı vəzifəsində çalışıb.
BDU rəhbərliyi və kollektivi İntizam Qarayevin vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!