12 may 2026 18:00
118

Fransa parlamentində İvanişvilinin “Fəxri Legion” ordenindən məhrum edilməsi təklif olunub

Fransa parlamentində İvanişvilinin “Fəxri Legion” ordenindən məhrum edilməsi təklif olunub

Fransa Milli Assambleyası tərəfindən qəbul edilən qətnamədə Gürcüstan hökumətinin “avtoritar siyasət yürütməkdə” ittiham olunduğu bildirilir. Sənəd 68 deputatın lehinə, 28 deputatın isə əleyhinə səsi ilə qəbul edilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Interpressnews" məlumat yayıb.

Qətnamədə Gürcüstan hakimiyyəti fundamental insan hüquqlarının pozulması, ifadə azadlığının məhdudlaşdırılması və dinc etirazçılara qarşı qeyri-proporsional güc tətbiqində ittiham olunur. Fransa parlamentinin aşağı palatası eyni zamanda ölkə hökumətini və prezidenti Bidzina İvanişvilinin “Fəxri Legion” ordenindən məhrum edilməsi məsələsinə baxmağa çağırıb.

Məlumata görə, İvanişvili 2021-ci ildə Fransa vətəndaşı olduğu dövrdə Parisdəki Notr-Dam Kafedralının yanğından sonra bərpasına maliyyə dəstəyi göstərdiyinə görə bu yüksək mükafata layiq görülmüşdü.

Qətnamədə həmçinin BBC telekanalının Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşlarının 2024-cü ilin noyabr etirazları zamanı nümayişçilərə qarşı Birinci Dünya müharibəsi dövrünə aid zəhərləyici maddə — brombenzilsianid tətbiq etməsi ilə bağlı iddialarının müstəqil şəkildə araşdırılması tələb olunur. Gürcüstan hakimiyyəti isə bu məlumatları “dəhşətli böhtan” adlandıraraq rədd edib.