12 may 2026 18:55
141

Putin: ABŞ-ın raketdən müdafiə müqaviləsindən çıxması...

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ABŞ-ın raketdən müdafiə sistemi üzrə müqavilədən çıxmasından sonra Rusiya yeni geosiyasi reallıq şəraitində strateji təhlükəsizliyin təmin olunması məsələsinə yenidən baxmağa məcbur olub.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Rusiya liderinin sözlərinə görə, yaranmış vəziyyət Moskvanı strateji qüvvələr balansının və hərbi paritetin qorunması üçün əlavə tədbirlər görməyə sövq edib. Putin bildirib ki, beynəlxalq təhlükəsizlik sistemində baş verən dəyişikliklər Rusiyanın müdafiə siyasətinə və hərbi strategiyasına birbaşa təsir göstərir.

Putin həmçinin qeyd edib ki, Rusiyada dünyada analoqu olmayan perspektivli silah sistemləri hazırlanır. Onun fikrincə, bu texnologiyalar ölkənin müdafiə potensialının gücləndirilməsi və strateji təhlükəsizliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Mayın 12-də Putinə “Sarmat” raket kompleksinin uğurlu buraxılışı barədə məlumat verilib.