12 may 2026 19:47
134

CENTCOM Hörmüz boğazında 65 gəmini saxlayıb

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında blokada başlayandan bəri İran limanlarına gedən və ya oradan çıxan 65 ticarət gəmisini saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkə hesabında yayılan məlumatda bildirilib.

""USS Abraham Lincoln" (CVN 72) aviakaşıyıcısı ABŞ-nin İrana qarşı dəniz blokadasının icrası da daxil olmaqla, Ərəbistan dənizindəki əməliyyatlarını davam etdirir. Bu günə qədər CENTCOM qüvvələri 65 ticarət gəmisinin istiqamətini dəyişdirib və onların İran limanlarına daxil olmasının və ya oradan çıxmasının qarşısını almaq üçün dörd gəmini sıradan çıxarıb", - məlumatda qeyd olunub.