Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib. Ulu Öndərin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla anılıb.
“İki sahil” xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad olunaraq məzarı üzərinə gül dəstələri qoyulub.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri daim minnətdarlıqla xatırlanır və xatırlanacaqdır. Onun əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq, zəngin irsi bugünkü və gələcək nəsillərə örnək olacaqdır.
FHN ultramarafonun keçirildiyi ərazilərdə təhlükəsizlk tədbirlərini yüksək səviyyədə həyata keçirib
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində qurultayın vəzifələri müzakirə edildi
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var