16 may 2026 17:08
94

Ersin Güzel: Türk dünyasının bir-birindən başqa dayağı yoxdur

Türk dünyasının bir-birindən başqa dayağı yoxdur və türk xalqları yalnız birlik və qarşılıqlı dəstək sayəsində mövcud çağırışların öhdəsindən gələ bilər.

“İki sahil” xəbər verir ki, bu fikirləri Dünya Türk Gəncləri Liqasının (WLTC) prezidenti Ersin Güzel Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumunda çıxışı zamanı səsləndirib.

O bildirib ki, Prezident İlham Əliyevin Türk dünyasının birliyi ilə bağlı mesajları bu gün də aktuallığını qoruyur.

“Prezident İlham Əliyevin vurğuladığı kimi, ya bir-birimizə dəstək olaraq çətinliklərdən birlikdə çıxacağıq, ya da zəifləyəcəyik. Lakin Türk dünyasının məhv olmaq kimi bir niyyəti yoxdur. Biz bunu Malazgirddə, Çanaqqalada, Kiprdə və Qarabağda bütün dünyaya sübut etmişik”, – deyə Ersin Güzel bildirib.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə yanaşı, təşkilata daxil olmayan türk topluluqları da daim diqqət mərkəzində saxlanılmalıdır.