Gənclərin qərarvermə prosesində iştirakı dövlətin gələcəyi üçün vacibdir.
“İki sahil” xəbər verir ki, bu fikirləri “Yüksəliş” Hərəkatının regional nümayəndəliklərinin rəhbəri Javoxir Muxitdinov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumunda çıxışı zamanı səsləndirib.
O bildirib ki, ictimai fəallıq və sosial iştirakçılıq zəiflədikdə cəmiyyətdə müəyyən gərginliklərin yaranması mümkündür.
“Gənclərin etibardan və qərarvermə prosesindən uzaqlaşdırılması dövlətin sabahını təhlükə altına qoymaq deməkdir. Təcrübə göstərir ki, gənclərin qərarların qəbulunda iştirakı daha yüksək səviyyəyə qaldırılmalıdır”, – deyə Javoxir Muxitdinov vurğulayıb.
O qeyd edib ki, Özbəkistan təcrübəsi gənclərin yalnız dəstəyə ehtiyacı olan sosial qrup deyil, hüquqi məsuliyyət və təşəbbüs sahibi olan fəal təbəqə kimi qəbul edilməsinin vacibliyini nümayiş etdirir.
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək
Moratinos: BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb, 2027-ci il sammitinə hazırlıqlar müzakirə olunub
Rəsmi Bakının xarici siyasəti: Müstəqil, çoxvektorlu, milli maraqlara söykənən strategiya