Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə mayın 17-18-də Bakya işgüzar səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilib.
Ş.Mirziyoyev BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) himayəsi altında keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Liderlər Sammitində çıxış edəcək.
Forum şəhərlərin dayanıqlı inkişafı, əlçatan mənzillə təminat, şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi, iqlim sabitliyi və mənzil maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə həsr olunub.
Səfər çərçivəsində xarici nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlərin və danışıqların keçirilməsi nəzərdə tutulur.
Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik
Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər