Rusiyanın Xabarovsk şəhərində cüdo üzrə yeniyetmələr arasında Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Azərbaycanı yarışda 5 idmançı təmsil edib. Komandamız turniri 1 qızıl və 1 bürünc medalla başa vurub. Polad Həsənli (-81 kq) bütün görüşlərdən qalib ayrılaraq qızıl medalın sahibi olub.Zaməddin Bağırov (-66 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Turnirdə 13 ölkədən 300-dək cüdoçu mübarizə aparıb.
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib
Voleybol Federasiyasının prezidenti Şahin Bağırov Gürcüstan Voleybol Federasiyasının prezidenti David Tevzadze ilə görüşüb
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb