Mayın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Urban Expo" sərgisinə baxıblar.
“İki sahil” xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycanın, o cümlədən müxtəlif ölkələrin milli pavilyonlarında və stendlərində təqdim edilən layihələr və innovativ şəhərsalma həlləri ilə tanış olublar.
Onlar ziyarətçilər və iştirakçılar ilə görüşərək xatirə şəkilləri çəkdiriblər.
Almatıda professor Nadir Məmmədlinin “Dədə Qorqud” eposunda köçəri həyat tərzinin epik təzahürləri” mövzusunda məruzəsi dinlənilib
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi WUF13 “Urban Expo” sərgisində bu gün də yeni proqramlar təşkil edib