İyunun 1-dən Bakı Dövlət Universitetində (BDU) yaz imtahan sessiyası başlayacaq. Bu barədə BDU Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul edilib.
“İki sahil” xəbər verir ki, iclasda 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı elm və təhsil nazirinin 2026-cı il 21 aprel tarixli əmrində nəzərdə tutulmuş müddəalar diqqətə çatdırılıb. Yaz imtahan sessiyasının 2026-cı il iyun ayının 1-dən başlayaraq 5 həftə ərzində keçirilməsi, üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün iyul ayının 3-dən 10-dək şərait yaradılması barədə qərar qəbul olunub.
Sessiyanın gedişinə operativ nəzarət etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə İmtahan Qərargahı yaradılacaq.