"Azərbaycan bu gün regionun lider ölkəsidir, biz Azərbaycanın uğurlarına çox sevinirik"
“İki sahil” xəbər verir ki, bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Moldova parlamentinin deputatı İon Qroza bildirib.
"Hesab edirəm bu gün Azərbaycan Müstəqillik Gününü regionda ən uğurlu ölkə kimi qeyd edir. İqtisadi göstəricilər, ərazi bütövlüyünün bərpası və regionda aparıcı strateji tərəfdaşa çevrilməsi buna misaldır. Azərbaycan dövlətini, xalqını bu uğurlarına görə, Müstəqillik Günü münasibətilə Moldova xalqı adından təbrik edirəm!"-deyə, o, əlavə edib.
Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır
Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir