“İki sahil” xəbər verir ki, görüş zamanı Rövşən Nəcəf III Dünya Korporativ Oyunlarında ölkəmizi layiqincə təmsil edən komanda üzvlərini qələbə münasibətilə ürəkdən təbrik edib. SOCAR prezidenti 54 komandanın iştirak etdiyi turniri məğlubiyyətsiz başa vuraraq Dünya Korporativ Oyunlarının vahid liqa formatında qalibi olan, ilk Azərbaycan komandası kimi tarixə düşən SOCAR komandasının nəticəsini yüksək qiymətləndirib.
Rövşən Nəcəf bu uğurun peşəkarlığın, intizamlı oyunun, əzmkarlığın və güclü komanda ruhunun parlaq nümunəsi olduğunu vurğulayıb.
Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında medal qazanan idmançıları təbrik edib
Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağının təhvil-təslim mərasimi keçirilib
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər