12 iyun 2026 15:52
120

Bu il 116 550 nəfər şagird 11-ci sinfi bitirir

Cari tədris ilində ölkə üzrə ümumilikdə 116 min 550 nəfər məzun olur. “İki sahil” xəbər verir ki, onlardan: 55 min 954 nəfəri qız,  60 min 596 nəfəri oğlan şagirdlərdir.

Cari ildə işğaldan azad edilmiş ərazilərdə yerləşən, 11-də ilk dəfə olmaqla ümumilikdə 25 ümumi təhsil müəssisəsində “Son zəng” tədbiri keçiriləcək və 171 nəfər məzun məktəblə vidalaşacaq.

Bütün məzunlarımızı təbrik edir, onlara gələcək təhsil və həyat yollarında uğurlar arzulayırıq.