12 iyun 2026 21:37
104

FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır

FİFA prezidenti Canni İnfantino gələcəkdə dünya çempionatının iştirakçı sayının genişləndirilməsi imkanlarından danışıb.

“İki sahil” "Caze TV"yə istinadən xəbər verir ki, o, komanda sayının 64-ə qədər artırılması imkanını araşdırdıqlarını bildirib.:

"Biz artıq bütün dünyanı daha da cəlb etmək üçün mundialı 64 milli komandaya qədər genişləndirmək imkanını araşdırmışıq. Bu məsələ FİFA Şurasına təqdim edilib, amma hələlik gəlin 48 komanda ilə ilk dəfə bu yarışdan zövq alaq".

İtalyan əsilli funksioner artıq 3-cü mundiala vəsiqə qazana bilməyən dördqat dünya çempionu İtaliya millisi ilə bağlı isə zarafatla deyib: "İtaliya 64 komanda ilə ehtimal ki, mundiala vəsiqə qazana bilər... hətta onların iştirakını təmin etmək üçün sayı 208-ə çatdıra bilərik".

Xatırladaq ki, DÇ-2026 mundiallar tarixində ilk dəfə olaraq 48 komandanın iştirakı ilə keçirilir.