13 iyun 2026 00:28
87

“Sabah” braziliyalı müdafiəçini transfer edib

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan “İki sahil”ə verilən məlumata görə, braziliyalı müdafiəçi Junior Erivaldo Almeyda bundan sonra Azərbaycan çempionunun uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Almeyda Portuqaliyanın “Maritimu” klubundan transfer edilib. Mərkəz müdafiəçisi karyerası ərzində Braziliyanın “Novorizontino” (2020-2023), “Katanduva” (2021), “Votuporanguense” (2022), Portuqaliyanın “Eştrela Amadora” (2022-2023) və “Maritimu” (2024-2026) komandalarında oynayıb.