13 iyun 2026 14:14
95

"Şəfa"dan Tərlan Quliyev qərarı

“Şəfa” kapitanı Tərlan Quliyev ilə müqavilə müddətini uzadıb.

“İki sahil” xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli müdafiəçi yeni 1 illik sözləşməyə imza atıb.

34 yaşlı futbolçu 2025-ci ilin yanvarından "Şəfa"nın formasını geyinir. O, iki mövsüm ərzində “Şəfa”nın İkinci Liqadan Premyer Iiqaya qədər yüksəlməsində pay sahibi olub.