Çövkən üzrə dünya çempionu olan Azərbaycan milli komandası mükafatlandırılıb.
“İki sahil” xəbər verir ki, medalları Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev və baş katibi Maçiek Miçel Olbriç veriblər.
Qeyd edək ki, yığma həlledici görüşdə Çili seçməsi ilə qarşılaşıb. Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bürünc medallar isə Nigerə 3:2 hesabı ilə qalib gələn Uruqvay komandasına təqdim olunub.
Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında medal qazanan idmançıları təbrik edib
Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağının təhvil-təslim mərasimi keçirilib
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər