14 iyun 2026 17:37
89

Dünya çempionatında rekord qırdı

Şotlandiya millisinin üzvü Con Makqinn yeni rekorda imza atıb.

“İki sahil” "Opra"ya istinadən xəbər verir ki, o, bunu DÇ-2026-nın Haiti ilə matçında (1:0) fərqlənməklə bacarıb. O, Şotladiya yığmasının mundiallarda qol vuran ən yaşlı oyunçusu olub - 31 yaş 238 gün. 

Əvvəlki rekord 1982-ci il Dünya Kubokunda 31 yaş 103 günlüyündə Yeni Zelandiyaya qarşı qol vuran əfsanəvi Kenni Dalqlişə məxsus idi.