14 iyun 2026 19:19
82

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyununu keçirib.

“İki sahil” xəbər verir ki, komanda “Kosovo” ilə qarşılaşıb. Görüş yığmanın 21:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi finalda İrlandiya - Kipr cütünün qalibi ilə üz-üzə gələcək.