14 iyun 2026 23:59
97

Almaniya mundiala 7 qollu qələbə ilə başladı

14 iyun tarixində DÇ-2026-nın qrup mərhələsi çərçivəsində 4 matç keçirilir.

“İki sahil” xəbər verir ki, Türkiyə millisi də bu gün mundialda mübarizəyə başlayıb.

Vinçenso Montellanın komandası D qrupunda Avstraliya ilə qarşılaşıb. Beləliklə, qardaş ölkənin millisi 24 il sonra ilk dəfə dünya çempionatında oyuna çıxıb. Görüş isə Avstraliyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

C qrupunda isə Braziliya Mərakeşlə üz-üzə gəlib (1:1). Haiti Şotlandiya ilə qarşılaşıb. E qrupunda isə Almaniya yığması Kürasaonu sınağa çəkir.

14 iyun

E qrupu

21:00. Almaniya – Kürasao - 7:1 

Qol: Feliks Nmeça, 6 (1:0), Livano Komenensiya, 22 (1:1), Niko Şlotterbek, 38 (2:1), Kay Havertz, 45+4-pen. (3:1), Camal Musiala, 47 (4:1), Nataniel Braun, 68 (5:1), Deniz Undav,  78 (6:1), Kay Havertz, 88 (7:1)