Bu gün Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində FIFA İcraedici Futbol Sammiti keçirilir.
“İki sahil” xəbər verir ki, dünya çempionatı çərçivəsində təşkil olunan tədbirdə AFFA-nı baş katib Cahangir Fərəcullayev təmsil edir.
Tədbir zamanı gənc futbolçuların inkişafı və strategiyaya həsr olunmuş rəsmi sessiyalar keçirilib, eləcə də, gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.