16 iyun 2026 13:17
146

Onur Quluzadə Çinə yollanıb 

Stolüstü tennisçi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. “İki sahil” xəbər verir ki, seçmə komandanın üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, iyunun 16-dən iyulun 4-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək. Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandalarının əsas bazalarından hesab olunur. Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.