16 iyun 2026 17:53
81

Krımda gecə saatlarında motosiklet və digər mototexnika hərəkəti məhdudlaşdırılıb

Krım ərazisində 17 iyundan etibarən motosiklet, moped, kvadrosikl və digər mototexnika vasitələrinin gecə saatlarında hərəkətinə müvəqqəti qadağa tətbiq edilir.

“İki sahil” xəbər verir ki, bu barədə Sergey Aksyonov özünün Telegram kanalında məlumat verib.

Qərara əsasən, məhdudiyyət hər gün saat 20:00-dan 06:00-dək qüvvədə olacaq və xüsusi göstəriş verilməyənə qədər davam edəcək.

Aksyonov bildirib ki, bu addım ictimai təhlükəsizliyin təmin olunması, eləcə də hərbi, dövlət və xüsusi əhəmiyyətli obyektlərin qorunması məqsədi daşıyır.