17 iyun 2026 00:36
88

Rusiyanın itkiləri açıqlandı - 1574-cü gün

Ukrayna müharibənin 1574-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 385 420 hərbçi, 12 026 ədəd tank, 24 768 ədəd zirehli döyüş maşını, 44 118 ədəd artilleriya sistemi, 1 872 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 427 hava hücumundan müdafiə sistemi, 436 ədəd hərbi təyyarə, 353 ədəd helikopter, 1667 ədəd yerüstü robot-texnika kompleksi, 353 541 ədəd PUA, 107 508 ədəd avtomobil texnikası, 4 783 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 300 xüsusi avadanlıq itirib.