16 iyun 2026 20:14
119

Ermənistan Baş Prokurorluğu Köçəryana qarşı cinayət işi başlatmaq niyyətindədir

Ermənistanın Baş Prokurorluğu ölkənin keçmiş prezidenti, "Ermənistan" blokunun lideri Robert Köçəryana qarşı cinayət təqibinin başlanmasına icazə verilməsi barədə vəsatətlə Mərkəzi Seçki Komitəsinə (MSK) müraciət edib.

“İki sahil” Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə MSK-nın mətbuat xidmətinin məlumatında bildirilib.

Köçəryandan başqa, deputatlığa namizədlər Asatur Köçəryan və Ruslan Barseqyana qarşı cinayət işinin başlanması imkanı da nəzərdən keçirilir.

Xatırladaq ki, daha əvvəl "Zvartnots" hava limanında Robert Köçəryanın ölkədən çıxışına qadağa qoyulub.