ABŞ və İran arasındakı razılaşma İran neftinin ixracının dərhal bərpa olunması imkanını nəzərdə tutur.
“İki sahil” "The Wall Street Journal"a (WSJ) istinadla xəbər verir ki, bu barədə razılaşmanın şərtləri ilə tanış olan mənbələr bildiriblər.
Onların sözlərinə görə, ABŞ İrana neft və yanacaq satışına dərhal başlamağa icazə verəcək, bu da Tehranın münaqişəyə daha tez son qoyması üçün maliyyə stimulu olacaq.
Nəşr qeyd edib ki, razılaşma həmçinin bank və nəqliyyat məhdudiyyətlərinin yumşaldılmasını da nəzərdə tutur, bu da beynəlxalq əməliyyatların həyata keçirilməsini asanlaşdırmalı və nəzərəçarpacaq ilk iqtisadi təsirlərdən biri olmalıdır.
Neft satışına qoyulan sanksiyaların ləğvi ilə bağlı əsasnamələr bu həftə razılaşma imzalandıqdan dərhal sonra qüvvəyə minir.