ABŞ Prezidenti Donald Tramp tərəfindən müharibənin başa çatdığının elan edilməsindən sonra Israil ordusu Livanın cənubunda atəşkəsi 84 dəfə pozub və dinc sakinlər qətlə yetirilib.
“İki sahil” "Fars" agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının məlumatında bildirilib.
"Əgər İsrail ordusu Livanın cənubuna hücumları dayandırmasa, İran sərt cavab verəcək", - komandanlıq xəbərdarlıq edib.
Xatırladaq ki, Ağ Ev rəhbəri Donald Tramp ABŞ və İranın müqavilə bağladığını iyunun 15-də açıqlayıb.