17 iyun 2026 13:49
87

Google "Android 17" əməliyyat sistemini təqdim etdi

Amerikanın "Google" korporasiyası "Android 17" mobil əməliyyat sisteminin stabil versiyasını istifadəyə verib. Yenilənmə artıq dəstəklənən əksər "Pixel" smartfonları üçün əlçatandır. Digər istehsalçıların cihazları isə yeni sistemi yaxın aylarda almağa başlayacaqlar.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

"Android 17"-də istənilən tətbiqi üzən pəncərələrə (floating windows) yığmaq imkanı yaradılıb, planşetlər və qatlanan smartfonlar üçün isə bu pəncərələrin ayrıca paneli nəzərdə tutulub. Sistem həmçinin hər hansı tətbiqlə işi digər "Android" cihazında davam etdirməyə və ön kamera videosu ilə eyni vaxtda ekrandakı görüntünü qeydə almağa (skrinrekord) imkan verir.

Yenilənmə fərdi məlumatların və SMS vasitəsilə gələn birdəfəlik şifrələrin (OTP) əlavə mühafizə vasitələrini özündə birləşdirir. "Google" həmçinin tətbiqlərin operativ yaddaş (RAM) istehlakına məhdudiyyətlər tətbiq edib və süni intellekt alətlərinə dəstəyi genişləndirib.