17 iyun 2026 14:39
80

Şoyqu onu ittiham etdi

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu BMT-nin Baş katibi Antoniu Quterreşi "Qara dəniz taxıl təşəbbüsü"nün icrasını iflasa uğratmaqda ittiham edib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"O vaxt həm Rusiya, həm də Türkiyə öz öhdəliklərini tam şəkildə yerinə yetirdilər. Sazişlərin yeganə iştirakçısı, yəni üçüncü iştirakçısı isə öz üzərinə götürdüyü öhdəlikləri heç cür yerinə yetirə bilmədi", — deyə TASS onun sözlərindən sitat gətirib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Avropa "Qara dəniz təşəbbüsü" çərçivəsindəki taxılı özünə götürürdü.