"Böyük Yeddilik" ölkələri (G7) Ebola epidemiyası ilə mübarizə üçün 1 milyard avrodan çox vəsaitin ayrılmasını təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron G7-nin yekunları üzrə bildirib.
Onun sözlərinə görə, bu vəsaitlər Eboladan zərər çəkmiş Konqo, Uqanda və digər ölkələrə veriləcək.
Qeyd edək ki, təkcə Konqoda, epidemiyadan təsdiqlənmiş ölüm hallarının sayı 196-ya çatıb.