18 iyun 2026 09:57
113

Biz o şərtlər ortaya çıxdığı zaman normallaşmaya hazırıq - Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanla normallaşma prosesinin nəticəliliyini Nikol Paşinyan hökumətinin atacağı addımlarda görür.

“İki sahil” xəbər verir ki,  H.Fidan bu barədə Rusiyaya səfərinin yekunlarına dair "Türkiye" qəzetinə verdiyi müsahibədə danışıb.

O, normallaşma istiqamətində həm Ermənistan, həm də Türkiyə tərəfindən önəmli addımlar atıldığını bildirib.

"Yeni dönəmdə edilməsi vacib olan şeylər ortadadır. Biz o şərtlər ortaya çıxdığı zaman normallaşmaya hazırıq", - Fidan qeyd edib.