Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkəsində ABŞ və İran arasında İsveçrədə keçiriləcək saziş imzalama mərasiminə dair paylaşımını silib.
“İki sahil” xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
Şahbaz Şərif bu gün etdiyi paylaşımda iyunun 19-da memorandumun imzalanacağını bildirmişdi. Lakin nəşrin yenilənmiş versiyasında Baş nazir gözlənilən mərasim barədə qeydləri çıxarıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Baqai bəyan edib ki, tərəflər sənədi artıq distant (onlayn) şəkildə imzaladıqları üçün üzbəüz imzalama mərasimi baş tutmayacaq. Bununla belə, ISNA agentliyinin məlumatına görə, o, danışıqlar qruplarının növbəti müzakirələr üçün Cenevrədə bir araya gələcəyini qeyd edib.