Pentaqon Amerikanın Avropadakı hərbi qüvvələrinin yerləşməsini yenidən nəzərdən keçirəcək və ABŞ-nin bəzi müttəfiqləri bu sınaqdan "keçə bilməyəcəklər".
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə NATO ölkələrinin müdafiə nazirlərinin görüşündə qurumun rəhbəri Pit Heqset bəyan edib.
"Bu gün mən Amerika qoşunlarının Avropada yerləşdirilməsi və bazalaşdırılmasının yenidən nəzərdən keçirilməsi üzrə altı aylıq prosesin başladığını elan edirəm", - deyə Heqset bildirib.
O, dəqiqləşdirib ki, bu tədbir altı aydan daha az vaxt da apara bilər.
Heqsetin sözlərinə görə, bu addım NATO-nun Avropada liderliyə doğru sürətli hərəkətini təmin etmək, alyansın regionun müdafiəsi üçün məsuliyyətini gücləndirmək və ABŞ-nin qlobal ehtiyaclarına uyğunlaşmaq üçün zəruridir.
"Bu, bəzi ölkələrin uğursuzluğa düçar olacağı, digərlərinin isə asanlıqla öhdəsindən gələcəyi bir sınaqdır", — deyə Pentaqon rəhbəri əlavə edib.
Bundan əvvəl Pentaqonun nümayəndəsi Şon Parnell bəyan etmişdi ki, ABŞ Avropadakı briqada döyüş qruplarının sayını dörddən üçə qədər azaldıb.
"CNN" telekanalı isə məlumat verib ki, Heqset Amerika qoşunlarının Avropadakı iki hərbi rotasiyasını ləğv edib və qitədəki bəzi heyətin ixtisar edilməsi barədə göstəriş verib.