Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Avropa ölkələrinin ABŞ prezidenti Donald Trampa "faydasız təsir" göstərdiyini bildirib.
“İki sahil” xəbər verir ki, o, bu barədə "G7" sammitində Ukrayna mövzusunun müzakirəsini şərh edərkən "Vesti" informasiya xidmətinə müsahibəsində deyib.

"Böyük yeddilik" sammitinin iclası zamanı Ukrayna mövzusu fəal şəkildə müzakirə olundu. Ehtimal etmək olar ki, Trampı, mən deyərdim ki, "faydasız, hətta zərərli ideyalarla" doldururdular", -deyə Uşakov qeyd edib.
Bununla belə, Rusiya liderinin köməkçisi Avropa siyasətçilərinin təsirinə baxmayaraq, Amerika prezidentinin öz mövqeyini qoruyub saxladığını vurğulayıb.
"Avropalılar faydasız təsir göstərirlər, bu aydındır. Lakin Tramp güclü siyasətçidir, öz baxışlarına sadiq qalır", — deyə Uşakov əlavə edib.