18 iyun 2026 13:31
113

Müdafiəçi İbraima Konate "Real Madrid"in oyunçusu oldu

Fransa millisinin müdafiəçisi İbraima Konate Madridin "Real" futbol klubu ilə müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında razılaşma 2030-cu ilə qədər nəzərdə tutulub.

Əvvəllər 27 yaşlı Konate İngiltərənin "Liverpul" klubunda çıxış edib. O, bu komandanın heyətində 183 oyuna çıxaraq 7 qol vurub. Müdafiəçi "Liverpul" ilə İngiltərə çempionu olub, ölkə kubokunu və superkubokunu qazanıb, həmçinin iki dəfə İngiltərə Liqa Kubokunun qalibi adını qazanıb. "Liverpul"a keçidindən əvvəl isə Konate Fransanın "Soşo" və Almaniyanın "Laypsiq" klublarını təmsil edib.

Fransa millisinin heyətində müdafiəçi 28 oyun keçirib. 2022-ci ildə o, dünya çempionatının gümüş mükafatçısı olub.