18 iyun 2026 15:08
100

İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçisi təyin olunub

Türkiyənin "Fənərbağça" komandasının baş məşqçisi açıqlanıb.

“İki sahil” xəbər verir ki,  bu barədə İstanbul təmsilçisinin rəsmi televiziyasında məlumat verilib.

Komanda İsmayıl Kartala tapşırılıb. Onun müqaviləsinin müddəti 1 illikdir.

Xatırladaq ki, İsmayıl Kartal 2022-ci ildə və 2023/2024 mövsümündə "Fənərbağça"nın baş məşqçisi olub.