İslam İnkişaf Bankı həmişə üzv ölkələri qonşu ölkələrlə birlikdə işləməyə çağırır. Azərbaycanla əməkdaşlığımız başlayandan indiyədək 1,3 milyard dollarlıq layihələrə vəsait yatırmışıq.
“İki sahil” xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Davamlı Rifah Naminə Regional İnteqrasiya” mövzusuna həsr olunmuş yüksəksəviyyəli qeyri-rəsmi müzakirədə deyib.
“Bakıya son səfərim zamanı Ələt Azad İqtisadi Zonasında oldum. Bu infrastruktur ölkənin ixrac və idxal imkanlarının genişləndirilməsinə xidmət edir. Bu cür layihələr dənizə çıxışı olmayan ölkələrin logistik çətinliklərini qismən kompensasiya etməyə imkan verir”, - deyə İİB sədri əlavə edib.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub