18 iyun 2026 16:09
92

Azərbaycanda ilk dəfə...

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Queen & King of the Court Mixed” turniri keçiriləcək.

“İki sahil” xəbər verir ki, iyunun 20-də Bakı Su İdmanı Sarayında təşkil olunacaq yarışda 40 komanda çempionluq uğrunda mübarizə aparacaq. Turnirdə peşəkar və həvəskar voleybolçular iştirak edəcəklər. Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində keçirilən “Queen & King of the Court” turniri çimərlik voleybolunun ən maraqlı və dinamik yarış formatlarından biri hesab olunur. Bu turnir ölkəmizdə ilk dəfə bu ilin 23 may tarixində təşkil edilib. Bu dəfə isə yarış fərqli formatda keçiriləcək. Belə ki, hər komandada bir qadın və bir kişi voleybolçu yer alacaq.

Oyun proqramı:

20 iyun

13:00. Qrup oyunları

16:00. Yarımfinal

17:00. Final

Oyunlardan sonra mükafatlandırma mərasimi.

Ünvan: Bakı Su İdmanı Sarayı.