Ukrayna üçün pilotsuz uçuş aparatları (PUA) istehsal edən Fransanın "Delair" şirkətinin zavodu iyunun əvvəlində "Molotov kokteyli" vasitəsilə hücuma məruz qalıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə iyunun 1-də Fransadakı müəssisələrin birində baş verib.
"Təhlükəsizlik kameralarına binanın arxa hissəsinə yandırıcı qurğular atan bir neçə nəfər düşüb", - deyə nəşrdə qeyd olunub.
Qəzetin yazdığına görə, Tuluza prokurorluğu insanların həyatı üçün təhlükəli vasitələrdən istifadə etməklə ziyan vurma faktı ilə bağlı araşdırmalara başlayıb.
Bundan başqa, hadisədən bir neçə gün sonra müəssisənin yaxınlığında daha bir insident qeydə alınıb.
"Le Parisien"in Paris prokurorluğuna istinadən verdiyi məlumata görə, pilotsuz təyyarənin prototipini video lentə almaqda şübhəli bilinən bir nəfər saxlanılıb.
Həmin şəxsə qarşı casusluq ittihamı irəli sürülüb.