18 iyun 2026 20:02
58

Ulan-Batorda cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib

İyunun 18-də Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri bəlli olub.

“İki sahil” xəbər verir ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən ilk yarışda Azərbaycan 12 çəki dərəcəsində 17 cüdoçu ilə (12 kişi, 5 qadın) təmsil olunacaq. Turnirdə 58 ölkədən 454 idmançı mübarizə aparacaq. 19-21 iyun tarixlərində keçiriləcək Ulan-Bator Böyük Dəbilqəsində ilk yarış günü təsnifat mərhələsi saat 05:30-da, final bloku isə saat 13:00-da start götürəcək. Turnirin görüşləri "Judo TV" və "CBC Sport"dan canlı yayımlanacaq.

Kişilər

-60 kq, 1/16 final
Əhməd Yusifov – Konstantin Simeonidis (BƏƏ)
Balabəy Ağayev – Artem Lesyuk (Ukrayna)

-66 kq, 1/16 final
Nizami İmranov – Rohit Basir Macqul (Hindistan)
Ruslan Paşayev – Turbold Tumurxuu (Monqolustan)

-73 kq, 1/16 final
Hidayət Heydərov – Usuxcarqal Altaibaatar (Monqolustan)
Rəşid Məmmədəliyev – Hassan Dukkali (Mərakeş)

-81 kq, 1/16 final
Zelim Tçkayev – Qadjimurad Omarov (BƏƏ) / Harş Tokas (Hindistan) cütünün qalibi ilə 
 
-90 kq, 1/16 final
Murad Fətiyev – İsrapil Saqaipov (Bəhreyn)
Aslan Kotsoyev – Adam Kopeçki (Çexiya)

-100 kq, 1/16 final
Zelim Kotsoyev – Sonqcu Han (Koreya)

+100 kq, 1/16 final
Camal Qamzatxanov – Hayyanq Li (Çin)
Kənan Nəsibov – Yakub Sordil (Polşa)

Qadınlar

-48 kq, 1/16 final
Şəfəq Həmidova – Vakana Koqa (Yaponiya)

-52 kq, 1/16 final
Gültac Məmmədəliyeva – Reka Pupp (Macarıstan)

-63 kq, 1/16 final
Fidan Əlizadə – Savita Russo (İtaliya)

-70 kq, 1/16 final
Südabə Ağayeva – Marqit de Voxd (Niderland)

+78 kq, 1/16 final
Madina Kaisinova – Akerke Ramazanova (Qazaxıstan)