Dünya Çempionatı çərçivəsində keçirilən Kanada – Qətər matçında Kanada millisinin futbolçusu İsmael Kone ciddi zədə alıb.
“İki sahil” xəbər verir ki, epizod Qətər millisinin yarımmüdafiəçisi Assim Ömər Madibo ilə mübarizə zamanı baş verib.
Toqquşmadan sonra ayağı sınan Kone meydanı xərəkdə tərk edib və tibbi heyət dərhal ona müdaxilə edib.
Qətər yığmasının oyunçusu əvvəlcə sarı vərəqə ilə cəzalandırılıb, daha sonra qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Bu qərardan sonra Qətər milli komandası meydanda 9 nəfərlə qalıb və oyunu azlıqda davam etdirmək məcburiyyətində olub.