Azərbaycan Biznesinin İnkişafı Fondu (ABDF) Bakı Ekspo Mərkəzində keçirilən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”nin rəsmi tərəfdaşı qismində çıxış edir.
“İki sahil” xəbər verir ki, ABDF-in stendində ziyarətçilərə Fondun təqdim etdiyi investisiya, güzəştli kredit, zəmanət və subsidiya mexanizmləri barədə məlumat verilir. Bundan əlavə, Fondun nümayəndələri sərgi çərçivəsində investorlar, dövlət və özəl sektor nümayəndələri ilə görüşlər keçirərək əməkdaşlıq imkanlarını müzakirə edir, müraciət mexanizmləri və mövcud dəstək alətləri ilə bağlı sualları cavablandırırlar.
17–20 iyun tarixlərində keçirilən sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə baş tutur. Tədbirdə tikinti, qida, informasiya-kommunikasiya texnologiyaları, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət iştirak edir.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub